Bakıda narkoman sürücü 5 maşını əzdi - POLİS ATƏŞ AÇIB SAXLADI

 Bakıda narkoman sürücü 5 maşını əzdi - POLİS ATƏŞ AÇIB SAXLADI

Səbail rayonunda gecə saatlarında tabesizlik göstərən yük maşını - “Mersedes Benz - Actros” polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılıb.
 

Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məluma görə, 99-JR-319 dövlət nömrə nişanlı yük maşınının sürücüsü narkotikin təsiri altında olub, polisin “saxla” əmrinə tabe olmayaraq yolda bir neçə avtomobillə toqquşaraq təhlükəli anlar yaşadıb.


Bibiheybət qəsəbəsi istiqamətində hərəkətdə olan yük avtomobilini polisin açdığı atəşlə arxa təkərləri partladıldıqdan sonra dayandırmaq mümkün olub.

Yük maşını 5-dən artıq minik avtomobilinə ziyan vurub. 
Hadisə şahidləri bildirir ki, sürücü o dərəcədə pis vəziyyətdə olub ki, nə etdiyinin fərqində olmayıb.

10:47 - 30 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin