Bakıda yol polisini avtomobil vurub

 Bakıda yol polisini avtomobil vurub

Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, "Kukla" teatrının yaxınlığında qeydə alınıb.

Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır: "Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb".

10:22 - 29 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin