DTX xəstəxanasının yaxınında bir hektarlıq ağaclıq olan ərazıdə bina tikmək istəyirlər - FOTOLAR

 DTX xəstəxanasının yaxınında bir hektarlıq ağaclıq olan ərazıdə bina tikmək istəyirlər - FOTOLAR

Bakının Badamdar qəsəbəsində, DTX xəstəxanasının yaxınlığında 1 hektara yaxın ağaclıq ərazidə bina tikmək istəyirlər.

Bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda deyilir ki, burada bina tikmək istəyən sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib, ancaq Dövlət Ekoloji Ekspertiza Agentliyi ona rəy verməyib. Buna baxmayaraq, sahibkar buranı hasara alıb.

Fotolardan da göründüyü kimi ərazidəki ağacların demək olar ki, hamısı (60-a yaxın) iri diametrli ( təxminən 30-40 sm) Eldar şamı (“Qırmızı kitab” növü) ağaclarıdır. Ərazidə zeytun, akasiya, tut və s. ağaclar da var.


16:53 - 25 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin