Bir bıçaq, iki yaralı: Avtomobil qonşular arasında qan saldı

 Bir bıçaq, iki yaralı: Avtomobil qonşular arasında qan saldı

Bakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb.

Dava hər iki qonşunun avtomobilini park etməsi üstündə olub.

Qobustan qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.

13:35 - 24 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin