Eduard Məmmədova DİN-də vəzifə verilib

 Eduard Məmmədova DİN-də vəzifə verilib

Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə idmançının özü məlumat verib.

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinovadır.

15:31 - 21 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin