“Prius” su maşınına çırpıldı, ər və arvad öldü

 “Prius” su maşınına çırpıldı, ər və arvad öldü

Bakıda avtomobil su maşınına çırpılıb.

Hadisə bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

“Toyota Prius" markalı avtomobil böyük tutumlu su maşınına çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü Anar Nəbiyev və sərnişini Mahirə Məmmədova hadisə yerində ölüb.

Ölən şəxslərin ər-arvad olduğu deyilir.

11:49 - 19 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin