ABŞ Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyir

 ABŞ Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyir

“Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik”.

Bunu hazırda Ermənistanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib. O bildirib ki, Amerika Ermənistanın suverenliyinə dəstəkdir və onun səfəri 200-dən çox insanın həlak olduğu sərhəd toqquşmalarına səbəb olan “Azərbaycanın Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlarından” sonra xüsusi əhəmiyyət kəsb edib.

“Biz bu hücumları qətiyyətlə pisləyirik”, - deyə Pelosi bildirib: “Bu, azərbaycanlıların təşəbbüsüdür və bunu etiraf etmək lazımdır”. Pelosi deyib ki, sərhəddəki döyüşlərə azərbaycanlıların Ermənistana hücumları səbəb olub və münaqişənin xronologiyası aydınlaşdırılmalıdır. Pelosinin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistanın müdafiə ehtiyaclarının nə olduğunu dinləyir, eyni zamanda Vaşinqton demokratiya ilə avtokratiya arasındakı qlobal mübarizədə Ermənistana kömək və dəstək vermək istəyir.

15:09 - 18 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin