Müdafiə Nazirliyi son rəqəmləri açıqladı, 200-dən çox yaralımız var

 Müdafiə Nazirliyi son rəqəmləri açıqladı, 200-dən çox yaralımız var

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.


Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılmış, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.


Qeyd olunmalıdır ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.   

14:48 - 17 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin