Bakıda sahibsiz itlərlə mübarizə gücləndiriləcək

 Bakıda sahibsiz itlərlə mübarizə gücləndiriləcək

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) hazırda sahibsiz itlərlə mübarizə ilə bağlı layihə üzərində işləyir.

Bunu Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair "dəyirmi masa"da iştirak edən BŞİH-in əməkdaşı Mirtural Mirsultanov deyib.

O qeyd edib ki, sahibsiz itlərin sayı olduqca çoxdur və bununla bağlı bütün müraciətlərə baxırlar. Məsələnin mediada işıqlandırılması da bu baxımdan müsbət hal kimi qiymətləndirilib:

"Hazırda sahibsiz itlər çoxdur. Bu problem təkcə Bakı şəhərini deyil, bölgələri də əhatə edir. Təəssüf ki, bütün sahibsiz itlərlə birdən mübarizə aparmaq mümkün deyil".

14:45 - 16 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin