Yeni dələduzluq növü yayılıb - Ehtiyatlı olun (VİDEO)

 Yeni dələduzluq növü yayılıb - Ehtiyatlı olun (VİDEO)

Hərraca çıxarılan avtomobilləri udmaqda kömək edəcəyi adı ilə vətəndaşın 10 min manata yaxın pulu mənimsənilib.

Asayis.Az 
xəbər verir ki, bu iddia ilə ''Xəzər Xəbər''ə paytaxt sakini Anar Əliyev müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, o deyir ki, təxminən bir il əvvəl banklar tərəfindən krediti ödənilməyən avtomobillər hərraca çıxarılıb. Ona da bir nəfər bu işdə vasitəçi olacağını deyib və 4 avtomobil üçün ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.

Zərərçəkmiş Anar Əliyev deyir ki, dəfələrlə pulu verdiyi Hikmət adlı şəxslə danışsa da, dəymiş zərəri geri ala bilməyib. O, məcbur qalıb məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyir və iddia edir ki, həmin şəxslər qrup halında belə fırıldaqlıqlarla məşğuldurlar. 

Bu işdə adıçəkilən Hikmətlə əlaqə saxladıq. Əvvəlcə bu barədə bir neçə dəqiqə sonra məlumat verəcəyini desə də, sonradan zənglərimizə cavab vermədi. Daxili İşlər Nazirliyindən isə bildirildi ki, belə hallarla üzləşən şəxslər dərhal 102 xidmətinə və yaxud da DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 

 

 

11:42 - 20 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin