Məsciddən 1000 manatlıq samovarı oğurlayan şəxs saxlanıldı

 Məsciddən 1000 manatlıq samovarı oğurlayan şəxs saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Türkelli kəndində yerləşən məsciddən 1000 manat dəyərində mis samovarı oğurlayan əvvəllər eyni əmələ görə məhkum olunmuş 41 yaşlı  Əmirxan Hüseynov saxlanılıb.

Asayis.Az "Unikal"a istinadən xəbər verir ki, araşdırmalarla  Ə.Hüseynovun Cəlilabad şəhəri ərazisində yerləşən evlərdən birindən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib. 

Faktlarla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

11:46 - 18 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin