“Zerkalnı Əliyar”ın sürücülük vəsiqəsi əlindən alındı

 “Zerkalnı Əliyar”ın sürücülük vəsiqəsi əlindən alındı

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşovun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulub.
 

 

10-MM-100 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsünün bir neçə ayda 20 ballıq qayda pozuntuları aktlaşdırılıb. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi əsasında bu gün onun vəsiqəsinə 1 il müddətinə məhdudiyyət tətbiq edilib.

Mövcud qanunvericiliyə əsasən, bu kimi hallarda sürücü təyin edilmiş qadağa müddəti başa çatandan sonra yenidən təcrübi imtahan verərək nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi əldə edə bilər.

Qeyd edək ki, son aylarda Əliyar Dadaşovun törətdiyi qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib.

22:57 - 12 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin