“Bakı şəhəri betonlaşır, Günəşdən gələn istilik şüaları geri dönmür...” - HƏYƏCAN TƏBİLİ

 “Bakı şəhəri betonlaşır, Günəşdən gələn istilik şüaları geri dönmür...” - HƏYƏCAN TƏBİLİ

"Xəzər dənizinin dayazlaşması ilə bağlı görüləcək işlərin töhfə verəcəyini düşünmürəm. Təkcə Azərbaycan və Rusiya yox, beynəlxalq aləmin Xəzərə biganə qalmaması lazımdır. COP29-da bununla bağlı ciddi müzakirələr aparıldı. Azərbaycan və Rusiya bu məsələdə gec qalıblar. Tezliklə prosesi həll etmək lazımdır”. 

Asayis.Az xəbər verir ki, bunu açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib:

“Xəzərin suyunun aşağı endiyi hər bir metr biomüxtəlifliyə ciddi təsir göstərir. Bu mənada təcili tədbirlər alınmalıdır. Xəzərin sudaşıyıcı çaylarının Xəzərə çatması üçün Xəzərsahili dövlətlərin hər biri önəmli addımlar atmalıdır. Sudaşıyıcı çayların axarı boyu qurulan qarajlara, əkinçilik sistemlərinə ciddi nəzarət olmalıdır”.

Onun sözlərinə görə, suyun dayazlaşmasında iqlim dəyişikliyinin də rolu var:

“İqlim milyon illərdir dəyişir. Sadəcə son dövrlər bunun üzərində çox danışılır. İqlim dəyişikliyi bəşər yarandığı gündən davam edir. Bu dəyişiklik Xəzər dənizinə də birbaşa təsir edir. Son 50 ildə iqlim dəyişikliyi hiss olunacaq dərəcədə sürətləndiyinə görə problemlər artır. İqlim dəyişikliyinə dəstək verən insan faktoru var. Bakı şəhəri betonlaşır. Günəşdən gələn istilik şüaları geri dönmür. Həmin şüaların bir hissəsi geri qayıtmalıdır. Bizdə səhralaşma getdiyinə görə şüalar torpaqda qalır. Bunun nəticəsində torpaqda buxarlanma gedir. İstiliyin təsirindən dənizdə də buxarlanmanın səviyyəsi yüksəlir. Bunlar hər biri bir-birinə bağlı olan problemlərdir”.
demokrat.az

17:00 - 11 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin