Azərbaycanda cari tədris ilində 105 ölkədən 11 minə yaxın tələbə təhsil alır.
Asayis.Az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov məlumat verib.
Şöbə müdiri bildirib ki, bu göstəricidə ötən illə müqayisədə min nəfər artım olub.
O bildirib ki, siyahıda ilk onluqda 4338-i Türkiyə, 1213-ü Pakistan, 1103-ü İran, 1044-ü Gürcüstan, 1002-si Rusiya, 417-si Hindistan, 219-u Suriya, 152-si Nigeriya, 122-si Çin, 112-si Qazaxıstandan gələn tələbələrdir. Tibb, iqtisadiyyat və idarəetmə ixtisasları üstünlük təşkil edir.
"Hazırda xaricdə təhsil proqramı üzrə 21 ölkə üzrə 140 universitetdə 981 tələbə təhsil alır", - şöbə müdiri əlavə edib.
Elm və təhsil naziri Emin Əmrullayev isə bilditib ki, Azərbaycanda xarici tələbənin sayının 20 minə çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan tələbə mübadiləsini də artırmaq niyyətindədir.(Modern.az)