Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib.
Asayis.Az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Novruzə Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.