Xəbər verdiyimiz kimi, Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli töhmət verilib.
Məktəbin direktoru Gülbəniz Bayramova cəmi 9 aydır həmin vəzifədə çalışır.
Belə ki, G.Bayramova bu ilin martında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr ilə sözügedən məktəbə direktor təyin olunub.
Buna qədər G.Bayramova M.Mehdizadə adına 4 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.
İddialara görə, direktor valideynlərdən əlavə tədris materialları almalarını tələb edib, eyni zamanda imtahanlar üçün əlavə vəsait toplamaq istəyib.
Qeyd edək ki, sözügedən məktəb Gəncənin qalmaqallı təhsil müəssisələrindən biri hesab olunur. Məktəbin əvvəki direktoru Mətanət Qarayeva 2022-ci ildə vəzifəsindən azad olunmuşdu. (Milli. Az)