Sifariş verilən ünvana niyə fərqli başqa taksi göndərilir? - AÇIQLAMA

 Sifariş verilən ünvana niyə fərqli başqa taksi göndərilir? - AÇIQLAMA

Taksi şəbəkəsində olan dəyişikliklərdən sonra bir neçə neqativ hal ortaya çıxıb. Ən əsası tətbiqdə qeyd olunan taksi ilə ünvana gələn taksinin fərqli olmasıdır.

Bununla bağlı hansı tədbirlər görülür? 

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib:

"Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. 

Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur".

Demokrat.az

13:56 - 9 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin