Sürətlə yayılan sinə ƏMƏLİYYATI - Mammoplastika edən analar körpəsinə süd verə bilərmi?

 Sürətlə yayılan sinə ƏMƏLİYYATI - Mammoplastika edən analar körpəsinə süd verə bilərmi?

Azərbaycanda plastik cərrahiyyə əməliyyatları arasında mammoplastika geniş yayılıb. Bu əməliyyatla döşlərin ölçüsünü, formasını dəyişmək mümkündür. Ölçüsünü artırmaq məqsədilə əməliyyat zamanı döş nahiyəsinə silikon və ya implantlar yerləşdirilir.  

Təbii ki, sözügedən əməliyyatı həyata keçirən cərrahlar risklərin olmadığını, tamamilə təhlükəsiz olduğunu deyirlər. qadınlar üçün döş ən həssas nahiyələrdən biridir. Çünki orada əsas funksiya sayılan süd vəziləri yerləşir.

Bəs mamoplastikanın riskləri nələrdir?

Cərrah mama-ginekoloq Təranə Həsənova Bizim.Media-ya mammoplastikanın yarada biləcəyi risklərdən danışıb:

“Ora implant qoyulur, bu da yad cisimdir. Nə qədər yaxşı materialdan hazırlansa da, əməliyyatı edən həkim yüz faiz zəmanət versə də, hər halda həmin cərrah bu yad cismləri özü istehsal etmir. O da hansısa ölkənin zavodunun istehsalıdır. Bundan istifadə edən həkim də istehsalçıların tövsiyyəsinə əsasən təhlükəsiz olduğunu deyir, amma əslində həqiqətin nə olduğunu heç kəs bilmir. Həmin yad cisim daim süd vəzisinin içində qalır. Bunun təsiri nə olacaq, onkoloji xəstəlik yarada bilərmi, bunu heç kəs bilmir”.

Mammoplastika süd verilməsinə necə təsir edəcək?

Ginekoloq mammoplastika əməliyyatında yaş və bəzi məhdudiyyətlərin qoyulmamasını qınayıb.

“Süd vəzisindəki bu estetik əməliyyatın aparılmasının yaş həddi yoxdur. Bunu 18-22 yaşında qızların, hətta hamilə və ana olmayan qızların elədiyini görmüşəm. Düşünürəm ki, mammoplastika əməliyyatının  süd verməyə mənfi təsirləri olacaq. Çünki orada süd vəzi üzərində əməliyyat aparılırsa, süd vəzinin öz normal anatomiyası dəyişdirilirsə, ora bir implant yerləşdirilməsi nəticəsində vəzi sıxılırsa, bu, şübhəsiz ki, süd vermə funksiyasına öz təsirini göstərəcək. Yəni, normal süd vermədən söhbət gedə bilməyəcək”.

14:07 - 5 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin