Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA

 Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı açıqlama yayıb. 

Nazirliyin açıqlamasında deyilir:

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.

08:53 - 17 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin