Azərbaycanda evdən qaçan qadını atası taparaq öldürüb

 Azərbaycanda evdən qaçan qadını atası taparaq öldürüb

Abşeron prokurorluğu Ağsudan qaçaraq rayon ərazisinə gələn qadının qətli ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Sentyabrın 7-si saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir".

21:23 - 7 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin