Hərbçimiz Goranboyda minaya düşdü

 Hərbçimiz Goranboyda minaya düşdü

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

11:40 - 11 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin