Bakıda kişi asma körpüyə çıxaraq intihar niyyətini nümayiş etdirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - “Koroğlu” nəqliyyat qovşağında baş verib.
Naməlum şəxs körpünün asma hissəsinə çıxaraq özünü oradan atacağını bildirib.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb: “Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.