Məşhur aktyor Burak Özçivitə qarşı dələduzluq edilib.
Asayis.Az baku.vs-ə istinadən xəbər verir ki, aktyorun komandasında çalışan işçilərdən biri onun 10 milyon dollarını mənimsəyib.
Sözügedən şəxs aktyorla uzun illərdir ki birlikdə çalışır.
O Burak Özçivitin adından xarici ölkələrdən gəlir əldə edirmiş.
Burak 10 milyon dollarının mənimsənildiyini öyrənən kimi işçini işdən azad edib.
Aktyor həmin şəxslı bağlı prokuroluğa müraciət edib.