Bakıya 160 ədəd elektrik mühərrikli avtobus gətirilib

 Bakıya 160 ədəd elektrik mühərrikli avtobus gətirilib

MT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxtımıza AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək, 160 ədəd elektrik mühərrikli avtobus gətirilib.

Asayis.Az xəbər verir ki, bunu  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq üçün daşıyıcılarla iş aparıldığı və xəttə tələbata uyğun sayda avtobusun cəlb olunması diqqətə çatdırılıb.

Konfrans günlərində hava limanından metronun “28 May” və “Əhmədli” stansiyaları istiqamətində H1 və H2 nömrəli ictimai ekspress avtobusların sərnişinləri pulsuz daşıyacağı vurğulanıb.

17:32 - 9 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin