Şəmkirdə 29 yaşlı oğlan öldürüldü

 Şəmkirdə 29 yaşlı oğlan öldürüldü

Ötən gecə Şəmkir şəhərində qətl törədilib.

Asayis.Az xəbər verir ki, 1995-ci il təvəllüdlü Anar Süleymanov və 1991-ci il təvəllüdlü Xudat Məmmədov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Bıçaq xəsarəti almış şəxslərdən A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı hadisə vaxtı hər iki şəxsin münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetirməsi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

Araşdırma aparılır.

11:21 - 9 Noyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin