Lerikdə turist avtobusu qəzaya uğrayıb, 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb

 Lerikdə turist avtobusu qəzaya uğrayıb, 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb

Lerikdə turist avtobusu qəzaya uğrayıb, 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.


Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub.

Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.

Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

17:45 - 4 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin