Hava dəyişəcək - XƏBƏRDARLIQ

 Hava dəyişəcək - XƏBƏRDARLIQ

25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında sentyabrın 5-i güclü şimal küləyi əsəcək. Küləkli hava 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. Ayın 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

15:19 - 3 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin