Azərbaycandan Rusiya istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Asayis.Az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilib. Məlumata görə, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.