YDM-də fırıldaqçılıq - “Premium” benzinin puluna “92” vurdular - FOTOLAR

 YDM-də fırıldaqçılıq - “Premium” benzinin puluna “92” vurdular - FOTOLAR

Bakı "Range Rover" markalı avtomobilin sahibinə "AG" yanacaq doldurma fırıldaqçılıq edilib.

Sürücü iddia edir ki, operatordan 70 manatlıq, yəni 35 litr Aİ 95 markalı benzin vurmasını tələb edib. Sürücü YDM-dən uzaqlaşdıqdan qısa zaman sonra mühərrikin əvvəlki kimi işləmədiyinin, daha səsli işlədiyinin fərqinə varıb.
 

Yenidən həmin YDM-ə yaxınlaşıb və videogörüntülərə baxılmasını tələb edib. Videogörüntülərə baxdıqda məlum olub ki, operator əvvəlcə avtomobilə az miqdarda Aİ 95 markalı benzin vurur, lakin daha sonra sürücünün başının qarışdığını görüb və digər başlıqdan 39 manatlıq, yəni 39 litr Aİ 92 markalı benzin vurub.

Görünür ki, həmin operator bu halı ilk dəfə etmir, bu sahədə təcrübəlidir. Çünki yanacağın miqdarını az vursa sözsüz ki, sürücü göstəricilərdə bunun fərqinə varacaqdı, lakin o daha ucuz, sürücünün tələb etdiyi miqdarda yanacaq vurub ki, göstəricilər panelində hiss olunmasın. 

Onu da bildirək ki, bu avtomobilin mühərriki yanacağa həssasdır, istehsalçı tərəfindən minimum Aİ 95 yanacağı tələb edir, əks halda mühərrikə böyük zərər dəyə bilər. Bu isə sürücüyə on minlərlə manat maddi zərərə səbəb ola bilər. 

Ümid edirik ki, səlahiyyətli şəxslər bu operator və YDM barədə xüsusi araşdırma aparıb qanunamüvafiq tədbirlər görəcəklər.


13:51 - 3 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin