Daşkəsəndə partlayış - Xəsarət alanın son vəziyyəti AÇIQLANDI

 Daşkəsəndə partlayış - Xəsarət alanın son vəziyyəti AÇIQLANDI

Daşkəsən rayonunda yaşayış binasında mənzillərdən birində partlayış olub.

Asayis.Az "Report"a istinadən xəbər verir ki, partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***09:19

Daşkəsən şəhərində yaşayış binasında partlayış olub.

Binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılması planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

09:55 - 25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin