Azərbaycanlı döyüşçü hücuma məruz qaldı

 Azərbaycanlı döyüşçü hücuma məruz qaldı

Rusiyanın Engels şəhərində 24 yaşlı Tümenli idmançı Daniil Sidorov azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayevə hücum edib. Cavid Rzayevə hücum nəticəsində onun dişi sınıb.

Asayis.Az xəbər verir ki, hadisə ilə bağlı dəqiq təfərrüatlar hələlik açıqlanmasa da, insidentin səbəbləri və arxasında duran motivlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Cavid Rzayev "Hardkor liqası" turnirində iştirak edərkən rusiyalı döyüşçü Artur Kulinskini təhqir etmiş və onu "rus donuzu" adlandırmışdı. Bu hadisə böyük qalmaqala səbəb olub və nəticədə Rzayev yarışlardan ömürlük uzaqlaşdırılıb. Bu insident döyüş aləmində geniş müzakirələrə yol açmış, idmançının davranışı qınanmışdı. Rzayevin bu sözləri turnir təşkilatçıları tərəfindən qəbul edilməyib və sərt cəzalandırılaraq, o, liqadan xaric edilib. (Musavat.com)

18:49 - 24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin