“Range Rover”lə vurulan piyada öldü

 “Range Rover”lə vurulan piyada öldü

Buzovna qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub.

Avqustun 31-də Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi “Range Rover” avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Zaqulba yolunda hərəkətdə olan zaman yolu keçən 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.

12:53 - 2 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin