Bakıda mağazadan oğurluq edilib. Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon oğurluqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.