Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı

 Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı

Oğuzda 16 yaşlı qız qaçırılıb.

3 nəfər Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev birlikdə Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

12:52 - 2 Sentyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin