ABŞ-da "McDonald's" fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.
Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri bildiriblər ki, 10 ştatda ən azı 49 nəfər xəstələnib, halların əksəriyyəti Kolorado və Nebraskada baş verib.
İnsanların əksəriyyəti zəhərlənmədən əvvəl McDonald's hamburgeri yediklərini bildiriblər.
Səhiyyə orqanları hələ ki, epidemiyaya səbəb ola biləcək xüsusi tərkib hissəsini müəyyən edə bilməyiblər.
İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.