Bu yaxınlara qədər bəzi ölkələr boşanmaların sayına liderlik edirdilər. Biz həmin ölkələri geridə qoymuşuq. Cəmiyyətimiz mənəvi cəhətdən məhv olur. Ailə insitutumuz dağılır, valideynsiz uşaqların sayı artır. Paralel olaraq evlənənlərin sayı azalır. Bunlar psixoloji təbliğatın nəticəsidir. İndiki dövrdə gənclərin iş tapması, özünə təkbaşına ev alması çoxu üçün mümkün deyil. Belə halda onlar evlənməkdən çəkinir. Boşanmaların da altında yatan iqtisadi problemlər çoxdur. Amma sosial, iqtisadi problemlərdən çox, mənəvi deqratasiya gəncləri boşanmağa məcbur edir".
Asayis.Az xəbər verir ki, bu sözləri Demokrat.az-a artan boşanma saylarının altında yatan səbəbləri şərh edən sosioloq Elçin Bayramlı deyib:
"Üç arqumentə baxaq: Boşanmalar insanların maddi vəziyyətinin yüksək olduğu ölkələrdə daha çoxdur. Yoxsulluq burda əsas rol oynamır. Öz tariximizə baxaq.Azərbaycanın iqtisadi olaraq çox pis olduğu zamanlarda boşanma halları minimum olub. Deməli, boşanma hadisələrində sosial faktorlar daha az rol oynayır. Sosial səbəbləri şişirdərək problemləri onun üzərinə ata bilmərik. İnsanlar artıq tamam eqoist olublar. Yalnız öz həzzləri, maraqları üçün yaşayırlar. Qızlar oğlanların imkanına, oğlanlar isə qızların fiziki görünüşünə baxırlar. Bu cür ailələr dağılmağa məhkumdur. Orta səviyyəli bir ailədə mübahisə yaranır ki, nə üçün digərləri kimi yaşamırıq. Hamı istəyir ki, milyoner kimi yaşasın. Belə bir şey dünyanın heç bir yerində görülməyib. Bunlar televiziyanın, psixoloqların, müğənnilərin, məşhurların, sosial şəbəkənin insanlar üzərində apardığı psixoloji terrorun nəticəsidir. Biz bu tendesiyya şüurlu səbəbdən qoşuluruq. Heç kim bunun qarşısını almağa çalışmır. Milyonlarla əhalisi olan, yoxsulluğun beşiyi Hindistanda boşanma sayı 1 faizə çatmır. Gənclər ailəyə, övlada enerji sərf etmək istəmir. Bunların qarşısı alınmasa 15-20 il ərzində mənəvi dəyərləri məhv olan bir xalq olacağıq. Bizdən geriyə sadəcə insan kütləsi qalacaq".