Bakıda azyaşlı qız qəfil vəfat edib. Asayis.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
Saat 09 radələrində 2022-ci il təvəllüdlü L.Manafova yaşadığı Hövsan qəsəbəsindəki evdə olarkən halı pisləşib və dünyasını dəyişib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.