15.09.2024-cü il tarixində Bakıda “8 Noyabr” prospektində 77-PV-176 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü bir tərəfli yolda əks istiqamətdə hərəkət etməklə, həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atması ilə bağlı videogörüntü əsasında xəbər dərc etmişdik. Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin baş inspektoru Rüstəm Əhmədli sorğumuza cavab olaraq bildirdi ki, "Geely" markalı, 77-PV-176 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü aşkar edilərək barəsində qanunamüvafiq tədbir görülüb. (Patrul.az)