Bakıda 7 yaşlı uşağı avtomobil vurub

 Bakıda 7 yaşlı uşağı avtomobil vurub

Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Asayis.Az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2017-ci il təvəllüdlü H.Ə. oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

15:24 - 14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin