Bakıdan Sumqayıta işləyən 502 nömrəli avtobusun sürücüləri sərnişinlərdən artıq pul alır.
Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub. Bİldirilir ki, 502 nömrəli H.Z.Tagiyev qəsəbəsi-Bakı avtovağzalı avtobus xəttinin tarif haqqı 70 qəpik təyin olunduğu halda sürücülər 80 qəpik tələb edir.
Bununla bağla qəsəbə sakinləri Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciəti edib.
![]()
"Qurumdan bildirildi ki, 40 km-dək məsafə 70 qəpikdir. 502 nömrəli avtobusun məsafəsi 34 km-dır və 70 qəpikdən hesablanmalıdır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı AYNA ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
