Sumqayıtda dəhşətli qətl: 30 yaşlı oğlan öldürüldü, yanındakı qız isə... - TƏFƏRRÜAT

 Sumqayıtda dəhşətli qətl: 30 yaşlı oğlan öldürüldü, yanındakı qız isə... - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Cəlil aralarında yaranmış mübahisə zamanı Mahmuda (adlar şərti verilib – red.) bıçaqla xəsarət yetirərək öldürüb. 

Asayis.Az-ın məlumatına görə, Belə ki, qətl hadisəsi 10 oktyabr 2021-ci ildə, gecə saat 02:37-də Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən “Kiosk”un qarşısında baş verib. 

Cəlil orada tanışları Elmar və Elbəy ilə söhbət edərkən onların qarşısından keçən Mahmud idarə etdiyi “VAZ 2107” markalı  avtomobildə olan sərnişin Ləman həmin “Kiosk” istiqamətində əli ilə işarə etməsindən sonra ona hər hansı bir söz deməməsi və təhqiramiz hərəkət etməməsinə baxmayaraq onun idarə etdiyi avtomobili qışqırmaqla saxlatdırıb. 

Bu zaman  Ləman onları nalayiq ifadə ilə təhqir etməsini bəhanə edən Cəlil həmin avtomobildən düşən Ləman və Mahmudla mübahisə edib. Ətrafda olan şəxslərin mübahisəyə müdaxilə edərək onu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə uzaqlaşmasını təmin etdikdən sonra Mahmudla yenidən görüşmək istəyini təkid edib. 

Cəlil həmin gün, saat 02:54-də dostunun idarə etdiyi avtomobillə həmin “Kiosk”un yaxınlığına gələrək asfalt yolun kənarında avtomobildən düşüb və orada olan Mahmudu mübahisəyə sövq edib. Ləman onu təhqir etdiyini bəhanə edib və heç bir əsaslı səbəb olmadan öz Mahmudu qəsdən öldürmək qərarına gəlib. 

Cəlil Mahmud ilə əlbəyaxa olmaqla dalaşıb, yumruqla qəsdən Mahmudun burun və alın nahiyələrinə, əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla isə döş qəfəsinə zərbələr vurub. Mahmud aldığı xəsarətlərdən ölüb. 

Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2021-ci ilin oktyabr ayının 9-dan 10-a keçən gecə sat 01-02 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən kioskun yanında dostları Elmar və Elbəy ilə birlikdə olub: “Qəflətən yoldan keçən qara rəngli “Vaz 2107” marklalı maşından qız qışqıraraq məni söyməyə başladı. Onların arxasınca fit çaldım. Bir az getdikdən sonra Mahmud maşını saxlayaraq geri qayıtdı. Maşın saxlayanda sonra onlara yaxınlaşaraq qızdan “kiminləsən?” deyə soruşdum. Bu zaman qız səsini çıxarmadı. Maşına doğru əyilib baxdıqda maşını oğlanın idarə etməsini gördüm. Onlara maşını sürərək getmələrini deyərək getmək istədim. Bu vaxt həmin qız maşından düşərək hay-küy salaraq üstümə gəldi. Mahmud isə maşından düşmədi. Sonradan düşərək mənə “yanında qız var, danışığın bilmir” dedi. Orada olan Post Patrul Xidmətinin əməkdaşları da müdaxilə edərək getməyimizi dedilər. Biz də oradan getdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 15-20 dəqiqə sonra yolda olduqda kaşelyokunun kioskda qaldığını görüb və ona görə maşınla dostları Elmar və Elbəy ilə birlikdə geri qayıdıblar: “Kioska çatdıqda Mahmudla Ləmanın hələdə orada olmasını gördük. Elmara “maşını saxlama, sür getsin” dedim. Lakin bizi əlləri ilə çağırmalarını görərək maşını geri sürdürdük. Maşından düşən kimi Ləman adlı qız qışqırmağa başladı. Mahmud yaxınlaşdıqda ona mübahisə və söyüş lazım olmadığını dedim. Lakin Mahmud əlinin içində tutduğu “VAZ 2107”-nin açarı ilə gözümə vurdu. Bu zaman gözümün qırağı cızıldı. Sonra Mahmud ilə dava etdim və onun qoluna vurmaq üçün bıçağı çıxardım. Cəmi 1 bıçaq zərbəsi vurmuşam. Dərhal kənarda olanlar bizi aralaşdırdılar. Elmarla Elbəy ilə birlikdı maşına minərək getdik. Həmin vaxt Mahmud ayaq üstə özündə olub və yıxılmayıb”. 

Cəlilin ifadəsinə görə, yolda Elmara bıçaqla Mahmudu vurmasını deyib, lakin bıçağı ona göstərməyib: “Mən Mahmudla dalaşarkən Elmar və Elbəy kənarda olub. Mənim bıçaq vurmağımı heç kəs görməyib. Bıçaq vuranda qan çıxmayıb. Elektrik işlədiyim üçün həmin bıçağı üzərimdə gəzdirmişəm. Mahmuda cəmi 1 bıçaq zərbəsi vurmuşam. Onda olan digər xəsarətlər dalaşma zamanı əmələ gəlib. Çünki, yerdə şüşə qırıntıları olub”. 

Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində göstərib ki, kaşelyok və siqareti qaldığı üçün kioska geri qayıtdıqda Mahmudun orda olduğunu görüb və yenə mübahisə edəcəyini bildiyi üçün Elmara maşını saxlamamasını deyib: “Lakin Mahmud əli ilə işarə edərək söyüş söydüyü üçün maşını saxlayaraq geri qayıtdıq. Bıçaqla vurduğu zərbəni Mahmudun qoluna vurmuşam. Lakin o, qolunu çəkdiyi üçün bıçaq onun ürəyinə dəyib”. 

Təqsirləndirilən şəxs daha sonra ifadəsinə göstərib ki, cinayəti törədəndən sonra polisə gedərək təslim olub. O, Mahmudun yanında olan Ləmana bıçaqla xəsarət yetirdiyini bilmədiyini deyib. 

İş üzrə zərərçəkmiş Mahmudun hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum Mahmud onun oğlu olub: “Mahmud Sumqayıt şəhərində ümumilikdə üç şərab evi işlədib. Oktyabrın 10-da, təxminən saat 10 radələrində travmatologiya xəstəxanasına çağırldım. Ora getdikdə oğlumun bıçaqlandığını və öldüyünü bildim. Təqsirləndirilən Cəlili tanımamışam, hadisənin təfərrüatları barədə sonradan məlumatım olub. Hadisə barədə sonradan maraqlandıqda bildim ki, mərhum oğlum Mahmud şərq bazarının yanında yerləşən restorana verdiyi malı götürmək üçün ora gedib və qayıtdıqda yolda Cəlil və onunla birlikdə olan şəxslər maşına əl edərək saxladıblar. Sonra onlar arasında mübahisə yaranıb. Bu zaman Mahmud oğlumu bıçaqlayıb”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin edilməyib. Demokrat.az

10:04 - 9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin