Bu sürücülər 200 manat cərimə oluna bilərlər - AÇIQLAMA

 Bu sürücülər 200 manat cərimə oluna bilərlər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) toy karvanlarında qayda pozan sürücülərə müraciət edib. Bildirilib ki, toy karvanında iştirak edən sürücülər qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar. Sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmək, yollarda sıxlıq yaratmamaq xahiş olunub.

Məsələyə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında münasibət bildirib. A.Əsədov qeyd edib ki, toy karvanlarında bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutur, manevretmə qaydalarını  pozurlar:

“Bu hərəkətlər küçə və prospektlərdə süni sıxlıq yaranmasına səbəb olur. Beləliklə digər hərəkət iştirakçılarına da mane olurlar. Bəzi şəxslər şadlıq saraylarının yaxınlığında dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar.
Xalqımızın məxsusi toy ənənələri var, əksəriyyəti öz toyunda bu ənənələri həyata keçirmək istəyir. Lakin qaydalara əməl etmək mütləqdir. Heç kim istəməz ki, toy günü yasa çevrilsin, şad gündə bədbəxt hadisə yaşansın. Amma təəssüf ki, belə halların şahidi oluruq. Yaxşı olar ki, xoşagəlməz halların yaşanmaması üçün toyda bəzi məqamlar diqqətdə saxlanılsın. Qəza şəraiti yaranmasına görə sürücü 200 manata qədər cərimə edilə bilər”.

11:45 - 8 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin