Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında həyat yoldaşı və baldızı tərəfindən döyülən qadının görüntülərini paylaşıb.
Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:
"Bu dəfə baldız döyüb. Anası öldükdən sonra bu üç uşaqlı ana tək əri tərəfindən yox, baldızı tərəfindən belə amansızlıqla döyülüb. Hadisə dünən baş verib. Uşaqların gözü önündə ana bu hala salınıb. Və bu birinci dəfə deyil. Bu qadın dəfələrlə əri və ailəsi tərəfindən döyülüb, hətta qarnındakı uşagı belə öldürüblər. Ailə bu görüntüləri mənə atıb "kömək et deyir”. Necə kömək edim? Zəif bir qadını öz bacısına döydürən “ərə” nə deyim?! Əıimdə imkanım olsa qadına, uşağa əl qaldıranları ömürlük həbsə atdırardım. Allah bəlanızı versin! Qadının düşməni qadınmış! Belə olduğuna bir daha əmin oldum. Ayıb olsun. inşallah polis bu qadını bu hala salan baldızı layiq olduğu yerə göndərər!
Qeyd edim ki, xanımın ailəsi illər öncə Tacikistandan köçüb Azərbaycana gəlib. Yəni qərib bir qadını bu hala salan cəhənnəmlikdir!".