Bodrumda azərbaycanlı modellə eks-deputat arasında dava - "Çıxın, gedin məmləkətinizə!"

 Bodrumda azərbaycanlı modellə eks-deputat arasında dava -

Məşhur iş adamı və keçmiş CHP millət vəkili Aydın Ayaydın Azərbaycan və Dubayda sərmayələri ilə ad çıxaran azərbaycanlı model Diana Əhədpurla çimərlikdə dava edib.

Mübahisə azərbaycanlı modelin 6 yaşlı oğlunun dənizdə çimərkən ətrafa su sıçratmasına görə yaranıb.

Diana Əhədpurun 6 yaşlı oğlunu dənizə girərkən ətrafa su sıçratması Aydın Ayaydının əsəblərinə toxunub. Bundan sonra o, balaca oğlanın üstünə qışqırıb. Balaca oğlan ağlaya-ağlaya anasının yanına gedərək hər şeyi danışıb və mübahisə bundan sonra başlayıb. Diana Aydın Ayaydının yanına gedərək "Niyə uşağıma qışqırıb ağlatdın? Yanıma gəlib mənə deyərdin, niyə uşağımı qorxudursan?", - deyə xəbərdarlıq edib.

Bu zaman iş adamı Ayaydın Diana Əhədpura "Gedin buradan! Doğma şəhərinizə gedin!" deyə qışqırıb və model xanımın ünvanına nalaiq ifadələr səsləndirib. 

20:44 - 28 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin