Pasiyenti döyən direktora cinayət işi açıldı - VİDEO

 Pasiyenti döyən direktora cinayət işi açıldı - VİDEO
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev barəsində cinayət işi açılıb.

Bakupost.az xəbər verir ki, rayon prokurorluğu ona qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürüb və təqsirləndirililən şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, 57 yaşlı Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Bir müddət əvvəl onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.

Bu yaxınlarda isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılmışdı.


 

 

16:03 - 3 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin