Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu - FOTOLAR

 Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu - FOTOLAR

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Asayis.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.

Fotoda Surət Novruzov



Fotoda Cəfər Mustafayev

 

15:14 - 3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin