Sumqayıtda binadan yıxılan qız xəstəxanada öldü

 Sumqayıtda binadan yıxılan qız xəstəxanada öldü

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib.

Asayis.Az unikal.az-a istinadın xəbər verir ki, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib.

Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.

15:57 - 30 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin