Astara rayonunda ana və oğul arasında mübahisə olub.
Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Astara rayonunun Ərçivan qəsəbəsində baş verib. Oğlu tərəfindən döyülən qadın polisə şikayət edib və şikayətində göstərib ki, yaşadığı fərdi yaşayış evində oğlu, 1978-ci il təvəllüdlü Telman ilə aralarında ailə münasibəti zəminində mübahisə yaranıb. Həmin vaxt Telman anasını söyüb.
Telmanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Telmanın sözlərinə görə, mütəmadi olaraq spirtli içki qəbul etdiyindən anası ilə aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələr baş verir: “Hadisə günü, saat 17 radələrində sprirtli içki qəbul etdikdən sonra evə gəldim. Məni bu halda görən anam iradlarını bildirdi. Nəticədə aramızda mübahisə yarandı. Həmin vaxt sərxoş olduğumdan anama qarşı nalayiq ifadələr işlətdim”.
Telman izahatında əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini deyib. O, əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən anasının sözlərinə görə, oğlu spirtli içki aludəliyi olduğundan bu barədə aralarında mübahisələr olur. O bildirib ki, hadisə günü yenə oğlu sərxoş vəziyyətdə yaşadıqları evə gəlib, aralarında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı onu döyməsə də, ona qarşı nalayiq ifadələr işlədib.
Astara Rayon Məhkəməsinin qərarı ilə Telmanın əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Demokrat.az