Qısa xatrlatma üçün qeyd edək ki, I Qarabağ müharibəsi dövründə erməni əsirliyində olmuş müharibə veteranı, 2-ci dərəcəli əlil Şirin Tarış oğlu Abbasov oğlu Lətif Abbasovun cəzadan azad olunması üçün vəkil Adəm Məmmədova 53500 manat pul verdiyi, vəkilin onu aldadaraq pulu ələ keçirdiyi barədə müxtəlif dövlət orqanlarına müraciət edir.
Bu barədə ölkə mediasında kifayət qədər yazılıb.
Şirin Abbasov müraciətlərində qeyd edir ki, oğlunun azadlığı üçün ondan alınan pulu Prezident İlham Əliyev tərəfindən müharibədə iştirak etdiyi üçün ona hədiyyə olaraq bağışlanmış evin satılmasından əldə edib.
Şirin Abbasov Baş Prokuror, cənab Kamran Əliyevin qəbulunda olduğunu və vəkil Adəm Məmmədovun əməllərinə hüquqi qiymət veriləcəyinə, məsuliyyətə cəlb olunacağına əmin olduğunu mediaya bildirmişdir.
Baş Prokurorluğun şikayətçinin həyat yoldaşının adına ünvanlanmış rəsmi cavabı nuh.az saytı yayımlayıb.Cavabda bildirilir:
"Azərbaycan Republikasının Baş Prokurorluğu
Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsi, bina 29 B, mənzil 10
Abbasova Gülbadam Kazım qızına
Övladınız Abbasov Lətif Şirin oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə cəzadan azad edəcəyi vədi ilə vəkil Adəm Məmmədov tərəfindən 53.500 manat məbləğində pulunuzun ələ keçirilməsi faktı üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində qeyri-obyektiv istintaq aparılmasına dair şəxsi qəbul zamanı təqdim etdiyiniz müraciətə Baş Prokurorluqda baxılmışdır.
Müəyyən edilmişdir ki, ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək övladınız Lətif Abbasovun həbsdən azad olunması üçün Abbasov Zərdabi İsmayıl oğluna 53500 manat pul verdiyinizi və sonuncunun vədinə əməl etməyərək sizi aldadaraq həmin pul vəsaitini ələ keçirdiyini bildirmisiniz.
Həmin müraciət əsasında Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində araşadırma aparılarq 8 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır.
İstintaqın gedişində siz və əriniz Abbasov Şirin Tarış oğlu müxtəlif instansiyalara ünvanladığınız ərizələrinizdə oğlunuz Lətifin Abbasovun barəsində məhkəmədə baxılan cinayət işinin sonuncunun xeyrinə həll olunması üçün vəkil Adəm Məmmədovun sizi aldadaraq 53500 manat pulunuzu ələ keçirdiyini bildirmisiniz.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Nəticəsindən asılı olarq qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir. (Azpolita.info)
DİO-nun istintaq , təhqiqat və əməliyyat - axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Günay Məmmədli
İmzalanma tatixi: 26.08.2024
Sənədin nömrəsi: 2-2-050/2-110312/2024"