Çeçenistanda saxlanılan azərbaycanlılar vətənə geri dönür

 Çeçenistanda saxlanılan azərbaycanlılar vətənə geri dönür

Çeçenistanda saxlanılan həmyerlilərimiz Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmov vətənə geri dönürlər.

Bu barədə Musavat.com-a Nihad Rzayevin atası Tapdıq Rzayev deyib.

O bildirib ki, qayını E.Şirinovla əlaqə saxlayıb, qohumları sentyabrın 21-də Azərbaycana uçan təyyarə ilə geri dönürlər.

Qeyd edək ki, may ayından Çeçenistana işləməyə gedən Tovuz sakinləri Rzayev Nihad Tafdıq oğlu, Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə orada həbs olunmuşdular.

N.Rzayev təcridxanada, E.Şirinov və V.Məhərrəmov isə "Severni Axmat” hərbi hissəsində saxlanılırdılar. Onları məcburi şəkildə Ukraynaya ilə döyüş bölgəsinə göndərmək istəyirdilər.

Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət etmişdi. Hətta bununla bağlı Rusiya XİN-ə nota da göndərilmişdi.

17:35 - 19 Sentyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin